KXDR ilə Cənubi Koreya sərhədində atışma oldubackend

KXDR ilə Cənubi Koreya sərhədində atışma oldu

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın sərhədində atışma olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Ryonhap” agentliyi məlumat yayıb. Atışma bu gün səhər saat 07:41-də (Bakı vaxtı ilə 02:41) baş verib. Demarkasiya xəttinin mərkəzi hissəsindən Cənubi Koreyanın müşahidə postuna bir neçə dəfə atəş açılıb. Cənubi Koreya hərbçiləri əks istiqamətə iki xəbərdarlıq atəşi ilə cavab veriblər.

İnsident zamanı xəsarət alanın olmadığı bildirilir.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*