Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada deyib.
Onun sözlərinə görə, raket 250 kilometr uçub və onun maksimal uçuş hündürlüyü 50 kilometr olub:
“Ballistik raket gəmilərə və təyyarələrə ziyan vurmayıb və Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Şimali Koreyanın hərəkətləri regionun və bütövlükdə dünyanın təhlükəsizliyini təhdid edir. Bu qəbuledilməzdir”.
