Lalə Şövkət siyasətə qayıdır – 12 partiya birləşirbackend

Lalə Şövkət siyasətə qayıdır - 12 partiya birləşir

“Siyasi partiyalar haqqında” qanunun tələbləri bəzi siyasi təşkilatları fəaliyyətini dayandırmağa məcbur etdi. 5 min üzvü olmayan xırda partiyaların birləşəcəyi ilə bağlı müzakirələrin aparılması artıq təsdiq olunub.

KONKRET.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, 5 min üzvü olmayan və Ədliyyə Nazirliyində qeydiyata alınan 12 partiya Azərbaycan Liberal Patiyasına birləşməsi ilə bağlı müzakirələrə başlayıb.

Məlumata görə, məqsəd professor Lalə Şövkət Hacıyevanın rəhbərlik etdiyi partiyanın əvvəlki nüfuzunun özünə qaytarılmasıdır. Məsələ ilə bağlı Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanla əlaqə saxladıq. Sədr məlumatı təsdiqlədi:

“Hazırda qeydiyyata alınan 12 partiyanın ALP-yə birləşməsi ilə bağlı təkliflər var və bu istiqamətdə müzakirələr gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*