“Land Rover”in sürücüsü piyadanı vurub öldürdü – VİDEObackend

“Land Rover”in sürücüsü piyadanı vurub öldürdü - VİDEO

Bakıda 31 yaşlı oğlanı avtomobil vurub.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Elçin Əli oğlu Rüstəmovun idarə etdiyi “Land Rover” markalı, 90-ON-204 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman yolu keçən piyada – 1991-ci il təvəllüdlü Nazim Fuad oğlu Nağıyevi vurub.

Həmin şəxs müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*