İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Prezidenti Donald Trampın bəyanatlarına reaksiya verib.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“İran xalqı sizin boş təhdidlərinizdən qorxmur. Ehtiyatlı olun ki, yoxa çıxan siz olmayasınız”, – deyə Laricani Trampa müraciətində bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp strateji əhəmiyyətli Hörmüz boğazından neft axınının dayandırılacağı təqdirdə ölkəyə daha ağır zərbə vuracağını açıqlamışdı.
