Lavrov sanksiyalara görə Afrikaya YALVARDI – VİDEObackend

Lavrov sanksiyalara görə Afrikaya YALVARDI - VİDEO

Sergey Lavrov sanksiyalara görə Afrikaya yalvarıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrika Gününə həsr olunan tədbirdə danışıb. O, Afrikadan Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçün Qərbə təsir göstərməyi xahiş edib.

Moskva Afrika ölkələrini Qərbdən Rusiyaya qarşı sanksiyaların ləğvini tələb etməyə çağırır.
Rusiya ərzaq və gübrələrin tədarükü ilə bağlı öhdəliklərini vicdanla yerinə yetirməyə davam edəcək, Afrika ölkələrini Qərbdən bu sahədə anti-Rusiya sanksiyalarını ləğv etməyi tələb etməyə çağırır.

“Bir daha qətiyyətlə əmin etmək istərdim ki, Rusiya beynəlxalq müqavilələrdən irəli gələn ərzaq, gübrələr, enerji daşıyıcıları və Afrikanın təcili ehtiyac duyduğu digər malların ixracı ilə bağlı öhdəliklərini yerinə yetirir və bundan sonra da vicdanla yerinə yetirəcək.

Eyni zamanda, biz dostlarımız olan Afrika İttifaqını Qərbdən dünya ticarəti üçün zəruri olan nəqliyyat və logistika infrastrukturunu sarsıdan qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyi israrla tələb etməyə çağırırıq”, – Lavrov deyib.

Lavrovun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş bu məsələdə daha ​​prinsipial mövqe tutmalıdır.

“Biz bilirik ki, Afrika ölkələri ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ən həssas ölkələr sırasındadır. Qitənin bəzi dövlətləri Rusiya Federasiyasından kənd təsərrüfatı məhsullarının idxalından kritik dərəcədə asılıdır”, -deyə Lavrov Afrikaya təsir etməyə çalışıb.

Lavrovun həmin çıxışını təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*