Lavrov Zarubinə güc tətbiq etdi, bunları dedibackend

Lavrov Zarubinə güc tətbiq etdi, bunları dedi

Rusiya xarici işlər naziri Sergey Lavrov BRİKS sammitində jurnalist Pavel Zarubinlə maraqlı dialoqu ilə diqqət çəkib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, hadisə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modinin görüşü öncəsi baş verib.

Tədbirdə Lavrov yolu bağlayan jurnalist və operatorların arasından keçməyə çalışıb. Nazir keçidi açmaq üçün bir neçə media nümayəndəsini əlləri ilə kənara çəkib. Onların arasında jurnalist Pavel Zarubin də olub.

Lavrovun onu kənara çəkərkən göstərdiyi güc Zarubinin diqqətini çəkib. Jurnalist daha sonra zarafatla Rusiya XİN rəhbərindən güc məşqləri ilə məşğul olub-olmadığını soruşub.

“Güc göstərmirəm, səni kənara çəkdim! İdmanla məşğulam”, – Lavrov cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*