Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı baş tutub.
KONKRET.az xəbər verir ki, nazirlər Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı son vəziyyət, regional əməkdaşlıq və nəqliyyat dəhlizinin yaradılması məsələsi ətrafında fikirlərini bölüşüblər.
***
13:21
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı keçirilir.
KONKRET.az xəbər verir ki, nazirlər jurnalistlərin suallarını cavablandırırlar.
Qeyd edək ki, Sergey Lavrov fevralın 27-də Bakıya gəlib. O, Prezident İlham Əliyevlə görüşüb.
