Lavrovun müavini həmsədrlərlə görüşdü – Moskvada müzakirəbackend

Lavrovun müavini həmsədrlərlə görüşdü – Moskvada müzakirə

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu gün Moskvada ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaları nəzərə alınmaqla, Qarabağ məsələsinin həllinə dair aktual məsələlər müzakirə edildi”, – deyə məlumatda qeyd olunub./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*