Lənkəranda azyaşlı qızılcadan ölüb.
KONKRET.az xəbər verir ki, Lənkəran rayonunun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Q. (qız uşağı) yüksək hərarətlə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyublar.
Uşağı xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.APA
