Lənkəranda çimmək qadağan olundubackend

Lənkəranda çimmək qadağan olundu

Xəzər dənizinin Lənkəran rayonu sahillərinin nəzarətsiz ərazisində çimmək qadağan olunub.

KONKRET.az xəbər verir ki, bu addım son günlərdə rayon ərazisində dənizdə batan şəxslərin artması səbəbindən atılıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarətsiz çimərlikdə qabaqlayıcı tədbirlər görüb. Artıq çimərlikdə “Çimmək qadağandır” lövhələri quraşdırılıb. Eyni zamanda qadağan lentləri çəkilib, həmçinin dənizin içərisinə doğru 120 metr uzunluğunda, 50 metr enində şarlar yerləşdirilib.

Bu tədbirlərin dənizin digər nəzarətsiz ərazilərində də davam etdirilməsi nəzərdə tutulub.//Report

  • Samid
    Avqust 12, 2023 - 21:57

    Salam, bu təşəbbüs çox gözəldir. Bizim gələcəyimiz olan uşaqların dənizdə, çayda və qeyri dərinliklərdə olan xəndəklərdə ölümün 100 %-i olmasada heç olmasa 76 %-n qaarşısı alınacaqdır. Mən belə bir işin şahidi olsam heç bir şeydən qorxmadan xəbər verərəm amma, təəssüf edirəm ki, telefonunuzu bilmirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*