Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdıbackend

Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

Ukraynalı mütəxəssis Yuri Maksimov karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındır.

KONKRET.az qol.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın bir neçə media qurumu məlumat yayıb.

Bildirilib ki, 57 yaşlı mütəxəssis “Araz-Naxçıvan”ın təklifini qəbul edib və yaxın zamanda komandanın baş məşqçisi təyin olunacaq.

Qeyd edək ki, Y.Maksimov Azərbaycan futboluna tanış simadır. O, “Araz Naxçıvan”ın faktiki sahibi olan Zaur Axundovla birgə 2017-2018-ci illərdə “Keşlə”də işləyib. Baş məşqçi kimi bu komandaya Azərbaycan kubokunu qazandırıb.

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Dünən klub uğursuz nəticəyə görə baş məşqçi Cavid Hüseynovu istefaya göndərib.

Ukraynalı mütəxəssis karyerası ərzində “Dnepr-1”, “Krivbass”, “Taraz” və digər klubları da çalışdırıb. Onun son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Vorskla” olub. Maksimov 2019/20 mövsümündə Poltava təmsilçisini Ukrayna kubokunun finalına çıxarıb.

Əlavə edək ki, 2026-cı ilin yanvar-may aylarında “Araz-Naxçıvan”ı digər ukraynalı mütəxəssis Andrey Demçenko çalışdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*