Macarıstan Ukraynanın “Karpat səkkizliyi”nə “YOX” dedi: “Biz bir-birimizi tanımırıq”backend

Macarıstan Ukraynanın “Karpat səkkizliyi”nə “YOX” dedi: “Biz bir-birimizi tanımırıq”

Macarıstan Ukraynanın təşəbbüsü ilə yaradılan “Karpat səkkizliyi” (C8) formatına qoşulmaqdan imtina edib.

KONKRET.az xəbər verir ki, söhbət regional təhlükəsizliyin möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsini nəzərdə tutan təşəbbüsdən gedir. Macarıstan Xarici İşlər Nazirliyi AFP agentliyinin sorğusuna cavab olaraq bildirib ki, Budapeşt “bu qrupun üzvü deyil”, lakin onun fəaliyyətini “diqqətlə izləyir”.

Macarıstanın Baş naziri Peter Magyar daha sonra ölkəsinin C8-ə qoşulmaqdan imtina etməsinin səbəbini açıqlayıb. O bildirib ki, əvvəlcədən məsləhətləşmədən və razılıq alınmadan ölkənin hər hansı beynəlxalq birliyə daxil edilməsi qəbuledilməzdir.

Magyar bu fikirlərini Ukraynanın xarici işlər naziri Andrey Sibihanın “X” sosial şəbəkəsindəki paylaşımının şərh bölməsində yazıb:

“Sadəcə bir nümunə: Salam, qonşu kənddə futbol komandası yaratmışıq. Bir-birimizi tanımırıq, amma sən də komandadasan və topu gətirməlisən”.

Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 18-də ölkənin qərbində yerləşən Bukoveldə “Karpat səkkizliyi”nin ilk sammitini açıb. Formatda Ukrayna ilə yanaşı Avstriya, Polşa, Rumıniya, Slovakiya, Çexiya, Macarıstan və Avropa İttifaqına namizəd Serbiyanın iştirakı nəzərdə tutulurdu.

Slovakiyanın Baş naziri Robert Fiko xəstəliyi səbəbindən tədbirə qatıla bilməyib. Macarıstan səfirliyinin nümayəndəsi isə sammitin yekununda qəbul edilən bəyanatı imzalamayıb.

Ukraynanın xarici işlər naziri Andrey Sibiga Macarıstan tərəfinin açıqlamalarına münasibət bildirərək Kiyevin Peter Magyarın Ukraynaya ünvanlanan “həddindən artıq qarşıdurma xarakterli” bəyanatlarından təəccübləndiyini deyib.

Sibiganın sözlərinə görə, “Karpat inteqrasiyası” regionun inkişafına yönəlib və Macarıstanın təşəbbüsə qoşulmaqdan imtina etməsinin səbəbləri hələ də məlum deyil.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*