Lənkəranda itkin düşən uşaq tapıldıbackend

Lənkəranda itkin düşən uşaq tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Lənkəran şəhərinin Bəliton kəndində 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

KONKRET.AZ xəbər verir ki, FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri, könüllülər də axtarışlara cəlb olunublar.

Axtarış-xilasetmə tədbirləri nəticəsində Muradov Əli Nurəddin oğlu “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb. Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*