Lənkəranda yaşayış evi yandı – Xəsarət alanlar varbackend

Lənkəranda yaşayış evi yandı - Xəsarət alanlar var

Lənkəranda yaşayış evi yanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin ”Qalayçılar” məhəlləsində – B.Mirsalayev küçəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Xalid Xalıq oğlu Əliyevə məxsus ev yanıb. Hadisə zamanı ev sakinlərindən ikisi xəsarət alıb.

Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rsyon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib, alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*