“Lerikin icra başçısı Prezidentimizə xəyanət edir” – VASİF QAFAROVbackend

Lerikin icra başçısı Prezidentimizə xəyanət edir” – VASİF QAFAROV

Lerikdə seçki prosesinə ciddi müdaxilələr var.

KONKRET.az xəbər verir ki, bu barədə tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov özünün facebook statusunda yazıb. V.Qafarov bildirib ki, Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və onun müavini Cəlil Baxşiyev seçki prosesinə kobud müdaxilə edir: “Bu şəxslərin Prezidentimizə, dövlətçiliyimizə və xalqımıza qarşı xəyanətləri davam edir. Onların digər natəmiz əməllərini, həmçinin dövləti cinayətlərini işıqlandırmaq üçün mətbuat nümayəndələrini Lerik rayonuna dəvət edirəm”.

Deputatlığa namizəd qeyd edib ki, “Lerik rayon icra hakimiyyəti başçısının müavini Cəlil Baxşiyevin göstərişi ilə kənd ərazi icra nümayəndələri tərəfindən Lerik şəhərində, Zuvand ərazisində, Monidigah kəndində və Dırığ mahalı kəndlərində mənim seçki plakatlarım cırılıb atılıb və ya təhqir edilib. Bu natəmiz işlərlə bağlı bu gün Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişəm, Lerik rayon Polis şöbəsinə də geniş izahat vermişəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*