Levandovskidən Ukraynaya dəstək – FOTObackend

Levandovskidən Ukraynaya dəstək - FOTO

Polşa millisinin kapitanı Robert Levandovski Ukraynaya dəstək nümayiş etdirib.

KONKRET.az xəbər verir ki, “Barselona”nın hücumçusu DÇ-2022-nin oyunlarında meydana Ukraynanın bayrağı rəngində olan kapitanlıq sarğısında çıxacaq.

Bu sarğını ona Ukrayna millisinin sabiq oyunçusu və baş məşqçisi Andrey Şevçenko hədiyyə edib.

34 yaşlı hücumçu bu barədə İnstaqram səhifəsində paylaşım edib. O, Şevçenko ilə şəklini paylaşaraq “Andrey sağ olsun. Sizinlə tanış olmaq xoş idi. Dünya çempionatında Ukrayna bayrağının rənglərində kapitan sarğısını taxmaq mənim üçün şərəfdir”,- yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*