“Ermənistanın Qarabağda səs vermək hüququ və rolu yoxdur. Qarabağ məsələsi artıq həll olunub”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.
Həmçinin Ermənistan Respublikasının eks-prezidenti vurğulayıb ki, Ermənistanı Azərbaycan və Türkiyə ilə ağrılı qərarlar və müqavilələrin imzalanması gözləyir.
Levon Ter-Petrosyan birbaşa deyib ki, Birləşmiş Ştatlar münaqişənin həlli prosesinə qarışmamalıdır:
“ABŞ vəziyyətimizi daha da çətinləşdirmədən bizim az-çox məqbul bir həll yoluna gəlmək imkanımız var. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın imkanları xeyli zəifləyib”.
Günel Mikayılova,
KONKRET.az