Leyla Abdullayeva daha sonra Nikol Paşinyanın ittihamlarına cavab verib:
“Azərbaycan Prezidentinin Qranada görüşü ilə bağlı mövqeyi düşünürəm ki, aydın şəkildə bildirilib. Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etdi. Bu Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədiləmi idi? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyyətində idi. Beləliklə, açıq şəkildə bir ölkənin tərəfini tutan və onu açıq şəkildə silahlandırıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən açıq şəkildə ifadə edilib”.
Leyla Abdullayevanın çıxışı zaldakı dinləyicilərin alqışları ilə qarşılanıb. Nikol Paşinyan Azərbaycan səfirinə cavab vermək üçün mikrofonu götürsə də, səsləndirilən arqumentlərə münasibət bildirməyib və mövzunu dəyişərək Azərbaycanın Ermənistanı Qərbi Azərbaycan adlandırdığını deyib.
