Nepalda leysan yağışlar Baqmati çayı və onun qollarında daşqınlara yol açıb.
KONKRET.az xəbər verir ki, daşqınlar nəticəsində paytaxt Katmandu və ətraf rayonlarda 112 nəfər ölüb, 70-ə yaxın insan itkin düşüb.
Qeyd edilib ki, 1970-ci ildən sonra son sutka ərzində Nepal paytaxtında yağıntıda rekord qeydə alınıb. Katmanduya orta hesabla 240 mm, bəzi regionlara 322 mm yağıntı düşüb.