Nikol Paşinyan təkcə məğlubiyyətimizin və xəyanətimizin deyil, həm də alçaldılmış dövlətçiliyimizin simvoludur.
KONKRET.az xəbər verir ki, bu barədə “Daşnaktsütyun” Erməni İnqilab Federasiyası Ali Şurasının üzvü Lilit Qalstyan özünün Facebook səhifəsində yazıb:
“Nikola baxıram. Məyus və bədbəxt bir üzlə, qorxulu bir səslə əyilmiş şəkildə Rusiya nümayəndə heyətinə bir şey söyləməyə çalışır. O bu görüşdə təkcə məğlubiyyətimizin və xəyanətimizin deyil, həm də alçaldılmış dövlətçiliyimizin simvolu kimi görünür”.
Qalstyan Paşinyanı istefaya çağırıb.
.
