Azərbaycanda parlament seçkilərində seçicilərin yüksək fəallığını qeyd etmək lazımdır.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin sədri Liliya Qumerova deyib.
Onun sözlərinə görə, hələ səhər saatlarında vətəndaşların təxminən 10 faizi səs verib ki, bu da seçkiyə böyük marağı əks etdirir:
“Bütün məlumatlar açıqdır, siyahılar göz qabağındadır, şəffaflıq və seçki komissiyaları üzvlərinin yüksək hazırlığı görünür. Fikrimcə, seçkilər sakit rejimdə keçəcək. Müəyyən xırdalıqlar istənilən seçki kampaniyasında olur, ona görə də mən açıq, demokratik və ədalətli seçkilər arzu edirəm”.
