İsrail Livanın dəniz sərhədinə dair saziş layihəsinin şərtlərini yerinə yetirdiyini açıqlayıb.
KONKRET.az TASS–a istinadən xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Xulata bildirib.
Onun sözlərinə görə, Livanla dəniz sərhədinin demarkasiyasına dair saziş layihəsinə dəyişikliklər edilib.
“Bütün şərtlərimiz yerinə yetirildi, tələb etdiyimiz dəyişikliklər edildi. Biz İsrailin təhlükəsizlik maraqlarını qoruduq və tarixi razılaşmaya doğru gedirik”, – İsrail Baş nazirinin ofisindən bildirilib.
İqbal Rzayev,
KONKRET.az
