Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın Qarabağa köçürdüyü ermənilər bölgəni tərk edib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu il Livandan Şuşaya köçürülən və orada aşpazlıq edən erməni Toni Hacara ailəsi ilə birlikdə Qarabağı tərk edib.
Onun həyat yoldaşı və qızı ilə birgə oktyabrın əvvəlində Şuşanı tərk etdiyi bildirilib.
Səbəb kimi həm təhlükəsizlik, həm də Qarabağda yaşamağın mümkünsüz olması göstərilib.
Məlumata görə, onlardan başqa daha 3 ailə Qarabağdan gedib.
Suriyadan köçürülən ermənilərin də bu addımı atacağı istisna edilməyib.
