Livanda alıcı Ukraynadan gələn taxıldan İMTİNA ETDİbackend

Livanda alıcı Ukraynadan gələn taxıldan İMTİNA ETDİ

Livanda alıcı Ukraynadan gələn taxıldan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə bazar günü Livanın ictimai işlər və nəqliyyat naziri Əli Hamiya məlumat verib. O bildirib ki, Ukrayna taxılını daşıyan Sierra Leone bayraqlı yükdaşıyıcı “Razoni” marşrutunu dəyişib və yəqin ki, yeni təyinat üzrə təlimat gözləyir.

Ukraynanın Livandakı səfirliyi livanlı müştərinin İstanbulda əldə olunan ərzaq razılaşmasından sonra Ukrayna limanını tərk edən ilk gəmi olan “Razoni” quru yük gəmisində Odessadan gələn taxıldan imtina etdiyini açıqlayıb.

“Daşıyıcının məlumatlarına əsasən, Livandakı son alıcı çatdırılma müddətində gecikmə (beş aydan çox) səbəbindən yükdən imtina edib”, – Ukraynanın Beyrutdakı səfirliyi Twitter səhifəsində yazıb.

Məlumata görə, daşıyıcı alternativ alıcılar, o cümlədən Livandan kənar alıcıları nəzərdən keçirir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*