Liviyada dünən axşamdan dövlət çevrilişinə cəhd edilib, silahlı toqquşmalar başlayıb.
KONKRET.az xəbər verir ki, Liviyada Türkiyə ilə də yaxın münasibətdə olan Tripoli bölgə komandiri Əbdülbasit Mervanın istefa verib. Bundan sonra ölkənin paytaxtında silahlı toqquşmalar başlayıb.
İlkin məlumatlara görə, baş nazir və ölkə prezidentinin iqamətgahı ələ keçirilib, iğtişaşçılar dekabrın 24-nə təyin edilmiş seçkilərin ləğvini tələb edirlər.
Şəhərdə elektrik enerjisi kəsilib, bütün mühüm infrastruktur obyektləri ələ keçirilir.
Bundan əvvəl Lavrovun təmsil olunduğu Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a qarşıdan gələn Liviyada keçiriləcək seçkilərə qarışmamağı tövsiyə edib. Qalib gəlmək şansı yüksək olan Qəddafinin oğlunun iştirakına icazə verilib.
Xuraman Etibarlı,
KONKRET.az
