London Putin və Lavrova qarşı sanksiyalar tətbiq edir.
KONKRET.az xəbər verir ki, bu barədə cümə günü Böyük Britaniyanın baş naziri Boris Consonun NATO liderləri ilə telefon danışığından sonra yaydığı bəyanatda deyilir.
Boris Conson bildirib ki, Rusiya Federasiyasının Ukraynadakı əməliyyatından sonra London və Moskva arasında “münasibətlərin normallaşması”ndan danışmaq mümkün deyil.
Böyük Britaniya tezliklə Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edəcək.
“Baş nazir NATO liderlərini Rusiyanı SWIFT-dən ayırmaq üçün təcili tədbirlər görməyə çağırıb”, – deyə Conson bildirib. Onun sözlərinə görə, London “bundan əvvəl Böyük Britaniyanın elan etdiyi sanksiya paketinə əlavə olaraq, prezident Putin və xarici işlər naziri Sergey Lavrova qarşı çox yaxında sanksiyalar tətbiq edəcək”. Məhdudiyyətlərin konkret nədən ibarət olacağı dəqiqləşdirilməyib.
Xuraman Etibarlı,
KONKRET.az
