Londonda dəmir yolu stansiyasında yanğınbackend

Londonda dəmir yolu stansiyasında yanğın

Londonda dəmir yolu stansiyasında yanğın baş verib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Londonun “Southwark” dəmir yolu stansiyasının tağlarında baş verən yanğından sonra “Southwark” və “London Bridge” stansiyalarına qatarların hərəkəti ləğv olub, qatar stansiyası yaxınlığındakı bir sıra binalar boşaldılıb.

Yanğının “Southwark” stansiyasındakı dəmiryol tağlarının altındakı avtomobil dayanacağına keçdiyi, bir neçə elektrik avtomobilinin yandığı da bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*