Londonda məscidin imamı bıçaqlandıbackend

Londonda məscidin imamı bıçaqlandı

Londonda yerləşən məscidin imamı bıçaqlanıb.

KONKRET.az-ın məlumatına görə, “Regents Park” ərazisində yerləşən London Mərkəzi Məscidində məscidin imamı namaz zamanı bıçaqlanıb.

Hadisə şahidlərinin verdiyi xəbərə görə, imama hücum edən şəxs namaz zamanı onun arxasında oturub. Daha sonra isə o, 70 yaşlarında olan imamın boyun nahiyəsindən bir neçə dəfə bıçaqlayıb. Polis imamın vəziyyətinin qənaətbəxş olduğunu və hadisənin terrorla əlaqədar olmadığını qeyd edib.

Polis imama hücum edən şəxsi həbs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*