Lüis Hemilton: “Ağrılara görə yarışın tez bitməsini istəyirdim”backend

Lüis Hemilton: "Ağrılara görə yarışın tez bitməsini istəyirdim"

“Ağrı və adrenalindən dişimi sıxmışdım. Dua edirdim ki, yarış tez bitsin”.

KONKRET.az-ın məlumatına görə, bunu “Mercedes” komandasında çıxış edən “Formula 1” pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindən sonra “Sky Sports”a açıqlamasında deyib.

7 qat dünya çempionu həmin ağrıları sözlə ifadə edə bilməyəcəyini söyləyib: “Amma ümumilikdə biz yaxşı vəziyyətdəyik. 3 və 4-cü yeri tutmaq komanda üçün əla nəticə sayılır”.

Qeyd edək ki, Lüis Hemilton Bakıdakı yarışda 4-cü olub. Onun komanda yoldaşı Corc Rassell üçüncü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*