Lukaşenko: “Belarus təyyarələri Rusiya nüvə silahını daşımağa hazırdır”backend

Lukaşenko: "Belarus təyyarələri Rusiya nüvə silahını daşımağa hazırdır"

“Belarus təyyarələri Rusiya nüvə silahını daşımağa hazırdır”.

KONKRET.az “Belta”ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Dövlət nəşri yazır ki, Belarus öz döyüş təyyarələrini nüvə başlıqları olan Rusiya raketlərini daşımağa çevirib.

“Putinlə mən bir dəfə Sankt-Peterburqda demişdik ki, biz Belarusun “Su” təyyarələrini də nüvə silahı daşıya bilən təyyarələrə çevirəcəyik. Necə düşünürsüz, biz yalan danışırıq? Hər şey hazırdır!”, – Lukaşenka deyib.

Yəqin ki, söhbət Su-24 taktiki cəbhə bombardmançılarından və Su-25 hücum təyyarələrindən gedir.

Belarus lideri həmçinin Ukraynanın “qərar vermə mərkəzlərini” vurmaqla hədələyib və əlavə edib ki, Minsk guya “heç kəsi təhdid etmir”.

“Qoy fikirləşsinlər. Mən onlara xəbərdarlıq etdim: Allah eləməsin, Belarusa qarşı hansısa ciddi təxribat olsa, məqsədlərimizi müəyyənləşdirmişik. Qərar qəbul edən mərkəzlər – biz onları tanıyırıq. Mən heç kimi təhdid etmirəm. Ona görə də narahat olmayın. Onlar bizi izləyirlər. və biz onlara baxırıq”, -deyə  Lukaşenko bildirib.

Xatırladaq ki, iyun ayında Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya Federasiyasının tezliklə Belarus ordusunu gücləndirəcəyini bildirib. Xüsusilə, söhbət “İsgəndər-M” operativ-taktiki raket sistemlərindən gedirdi.

Eyni zamanda Lukaşenko Putindən Belarus təyyarələrini nüvə silahı daşıyan təyyarələrə çevirməyə kömək etməyi xahiş edib. Kreml rəhbəri Belarusun Su-25-lərini modernləşdirməyi təklif edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*