“Lukaşenko Putindən daha tez məhv ediləcək” – Rusiyalı siyasətçibackend

“Lukaşenko Putindən daha tez məhv ediləcək” - Rusiyalı siyasətçi

“Lukaşenko Putindən daha tez məhv ediləcək”.

KONKRET.az xəbər verir ki, bunu Obozrevatel-ə müsahibəsində rusiyalı müxalif siyasətçi və jurnalist İqor Yakovenko deyib.

O bildirib ki, Belarusun nizami ordusunun döyüşlərə cəlb edilməsi qərarı Belarus diktatorunun son qərarı olacaq.

“Özünü Belarus Prezidenti elan edən Aleksandr Lukaşenko Rusiya ilə vahid ordu yeritmək qərarına gəlib. Bununla belə, Belarus hərbçilərinin işğalda iştirakı onun rejimi üçün ölümcül qərar ola bilər.

Əgər gözləntilərimin əksinə olaraq, Lukaşenko həqiqətən də ordusunu cəlb etsə, özünü tamamilə Putinə zəncirləsə, o zaman bu iki rejim eyni vaxtda çökəcək”, – deyə siyasətçi vurğulayıb.

Yakovenko qeyd edib ki, Belarus hərbçilərinin Ukraynaya qarşı müharibəyə cəlb olunma ehtimalı barədə məlumatların etibarlılığını qiymətləndirmək çətindir. Lakin belaruslar tezliklə döyüş meydanında məğlubiyyətlə üzləşəcəklər.

“Bu məlumatın nə dərəcədə etibarlı olduğunu bilmirəm, amma o, həqiqətən də ordusundan Ukraynaya qarşı istifadə etmək qərarına gəlsə, məncə, bu, Lukaşenkonun sonu olacaq. Ola bilsin ki, o, Putindən əvvəl məhv ediləcək. Onun ordusu kifayət qədər tez məhv ediləcək və  ölkə daxilində də dəstək qalmayacaq. Mənə elə gəlir ki, bu, Lukaşenkonun son hərəkəti olacaq”, – deyə rusiyalı siyasətçi əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*