ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri hesab edir ki, onun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmaq üçün vaxtı getdikcə azalır.
KONKRET.az bildirir ki, NBC News telekanalının iki amerikalı rəsmi şəxsə istinadən yaydığı məlumata görə, müşavirlər Trampı yanvar ayında Konqresin yeni tərkibi fəaliyyətə başlamazdan əvvəl hərəkətə keçməyə çağırırlar.
Mənbələrin fikrincə, mümkün hərbi əməliyyatların bərpası ilə bağlı qərar yaxın həftələr ərzində verilməlidir.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Vaşinqtonun Tehranla dialoq apardığını açıqlamışdı.
Günay Əli
KONKRET.az
