backend

"Maariflənmiş Ermənistan" hakimiyyəti məlumatların idarə olunmasında ittiham edir

KONKRET.az erməni mətbuatına istinadən bildirir ki, “Maariflənmiş Ermənistan” fraksiyasının üzvü Gevork Qorqisyan bu gün parlamentdə çıxışı zamanı “Ermənistan hakimiyyəti bütün məlumatları əlverişli şəkildə verməklə, faktları təhrif edir” deyərək hamını təəccübləndirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti tez-tez əhalinin gəlirlərinin artmasına səbəb olacaq vergi endirimlərindən danışır, amma “gələn ildən yeni pensiya sisteminin tətbiqindən danışmağı” unudur. Üstəlik, “ərzaq məhsullarının bahalaşması nəzərə alınmır”. O qeyd edib ki, “Ermənistanın AİB-ə daxil olması və güzəşt dövrünün başa çatması ilə bir sıra malların qiyməti bahalaşacaq. “Hələ aksiz vergisinin artmasını nəzərə alsaq, benzin, dizel yanacağı, alkoqollu içkilər və siqaretlər də bahalaşacaq”. Bütün bunların fonunda vergi yükünün 6% artmasına səbəb olacaq icbari tibbi sığortanın tətbiqi gözlənilir.

“Əslində, bu heç sığorta da deyil. Əgər digər sığorta növlərində biz bir-biriilə rəqabət aparan şirkətlər görürüksə, bu halda dövlət fondu, rəqabətin olmaması və korrupsiya riskləri ilə üzləşəcəyik. Təqdim olunan konsepsiyanı əsaslandıran zaman Səhiyyə naziri Arsen Torosyan digər ölkəlrədə, xüsusən də Rusiya, Sloveniya və Litvada sığorta haqlarının səviyyəsi ilə bağlı məlumatları da təhrif edərək söyləmişdi”, – deyə millət vəkili çıxışına yekun vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*