Macar deputat haqqında həbs qərarı VERİLDİbackend

Macar deputat haqqında həbs qərarı VERİLDİ

Macarıstanın Ali Məhkəməsi millətçi “Jobbik” (“Daha yaxşı Macarıstan naminə”) partiyasından olan keçmiş Avropa Parlamentinin deputatı Bela Kovaçı Rusiyaya casusluqda təqsirli bilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Mandiner” portalı məlumat yayıb.

O, həmçinin büdcə fırıldaqlarında və şəxsi sənədləri saxtalaşdırmaqda ittiham olunur.

Məhkəmə onu 5 il müddətinə azadlıqdan məhrum edib və 10 il ictimai işlərdə iştirakını qadağan edib.

Kovaçın hazırda Moskvada olduğu dəqiqləşdirilir.

Qeyd edək ki, siyasətçiyə qarşı iş 2014-cü ildə açılıb.

Müstəntiqlərin məlumatına görə, o, 2012-2014-cü illərdə enerji məsələləri, Avropa Parlamentinə seçkilər, Macarıstanda daxili siyasi vəziyyət barədə Rusiya xüsusi xidmət orqanlarına məlumat ötürüb.

2017-ci ildə prokurorlar onu Aİ qurumlarına qarşı casusluqda da ittiham edib. Bildirilib ki, deputat mütəmadi olaraq rusiyalı diplomatlarla gizli görüşlər keçirib və hər ay Moskvaya səfər edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*