Macarıstan Aİ-nin Ukraynaya ayırdığı maliyyə paketini 50 milyard avrodan 25 milyard avroya endirməyi təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Macarıstan əlavə 25 milyard avro ödəmənin 2024-2027-ci illər ödəniş dövrünün ortasında yenidən qiymətləndirilə biləcəyini söyləyib. Təklif ABŞ qanunvericilərinin sentyabrın 30-da qəbul edilən hökumətin xərclər haqqında qanun layihəsindən Ukraynaya yardımı çıxarmaq qərarından sonra Kiyevə beynəlxalq dəstəyin zəifləyəcəyi ilə bağlı narahatlıqları artırır.
Aİ maliyyə vəsaitlərini buraxmazdan əvvəl 27 üzv ölkənin hamısının yekdil razılığını tələb edir və Macarıstan sanksiyalara qarşı çıxaraq dəfələrlə vəsaitin sərbəst buraxılmasının qarşısını alıb.
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban da Ukraynanı etnik macar azlıqların hüquqlarını pozmaqda ittiham edib.
Ariz Həsənoğlu,
KONKRET.az
