Sabunçu rayonu, Savalan qəsəbə sakini Fərid Həsənov, həmin qəsəbədəki “Araz” marketdən “Anchor” kərə yağı aldığını və onu əridən zaman qəribəlik müşahidə etdiyini iddia edir.
KONKRET.AZ xəbər verir ki, həmin an lentə aldığı görüntüləri “Yeniavaz.com”a göndərən F. Həsənov kərə yağını yanvar ayının 24-ü saat 11:00-14:00 aralığında marketdən aldığını bildirib.
O, qəbzi isə ehtiyatsızlıq edərək saxlamadığını deyib.
Həmin görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı “Araz” Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Billurə Əmirova ilə əlaqə saxladıq. O bildirdi ki, “Anchor” kərə yağı Zellandiyada istehsal olunur: “Məhsul “Fonterra” şirkətinə məxsusdur. Azərbaycanda rəsmi distribütoru “Delta Anchor” şirkətidir. “Araz” Supermarketlər Şəbəkəsində mütəmadi satılan və müştərilər tərəfindən davamlı istehlak edilən məhsuldur. Marketlərimizdə saxlanma şəraitinə daim nəzarət olunur. “Anchor” kərə yağları müvafiq dərəcədə südlük soyuducularda saxlanılır”.
B. Əmirova qeyd olunan tarixdə sözügedən marketdən bu məhsulun alınması məsələsi ilə bağlı isə heç bir məlumat verməyib:
“Delta Qrup” şirkətinin hüquq departamentinin direktoru Akif Abbasov isə açıqlamasında bildirdi ki, şirkət öz məhsulunun keyfiyyətindən tam əmindir, amma yenə də məsələ araşdırılacaq:
“Bu birinci belə hal deyil. Biz Cənubi Qafqaz üzrə “Anchor”un yeganə distribütoruyuq. Bütün məhsullar isə birbaşa Yeni Zelandiyadan – zavodun özündən gəlir. Məhsulumuza görə tam arxayınıq. Biz həmin yoldaşla görüşək, həmin malı göstərsin, biz onun sənədlərini və o tarixdə gələn məhsulları anbardan çıxaraq və bunun səbəbini araşdıraq”.
A. Abbasov onu da dedi ki, məhsulun xüsusi saxlanma şəraiti var və satıldıqdan sonra bu barədə müştərilərin özləri cavabdehdirlər:
“Bu yağın xüsusi saxlanma texnologiyası da var. Elə insanlar var ki, onu 2-3 gün çöldə saxlayır, sonra götürüb soyuducuya qoyur. Şikayətlər əsasən belə hallarda olur. “Araz” marketlər və digər böyük şəbəkələrdə bizim satış komandamız və keyfiyyətə nəzarət bölməsinin əməkdaşları var. Onlar hər gün rəfləri və saxlanma şəraitini yoxlayırlar. Bu məhsul “- 4” dərəcə temperaturda saxlanılmalıdır. Bunun hamısına nəzarət edilir. Məhsul müştəriyə təhvil verildikdən sonra isə, saxlanma şəraitinə artıq o cavabdehdir”.

Təbii kərə ysgi əridildikdə o prosesi kecməlidi Biraz da qaynatsaydi nəticəni gorərdi