Magistralda ağır qəza – Ölənlər varbackend

Magistralda ağır qəza - Ölənlər var

Salyan rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu səhər Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Qazel” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*