Bazarlarda soğanın qiyməti artıb. Paytaxt bazarlarında piştaxtalarda soğanın qiyməti 1 manata qədər yüksəlib.
KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, atıcılar ötən ilin indiki dövrü ilə müqayisədə artımın olduğunu deyirlər. Topdan satış bazarlarında 1 kisə soğan 25 manata təklif olunur.
Satıcıların fikrincə, bahalaşmaya səbəb məhsulun azlığıdır.
Bölgələrdə də qiymət artımı olduğu deyilir. Bərdə bazarında 1 kiloqram soğanın qiyməti təxminən 60-70 qəpik arasında dəyişir.
Qırmızı soğan isə alıcılara ortalama 1 manata təklif olunur.
