Magistraturaya sənəd verənlərin NƏZƏRİNƏbackend

Magistraturaya sənəd verənlərin NƏZƏRİNƏ

Magistraturaya ərizə qəbulu bu gün başa çatır.

KONKRET.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

Qeyd edək ki, 13 fevral saat 10.45-ə olan məlumata əsasən, 13955 bakalavr (Azərbaycan bölməsi – 12824; rus bölməsi – 1131)ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

Bakalavrlar “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub və təsdiq etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*