“Makron Ərdoğana nifrət edir” – Rəsul Quliyevbackend

“Makron Ərdoğana nifrət edir” - Rəsul Quliyev

“Fransa senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsini beynəlxalq normaların əxlaqsızcasına pozmaq nümunəsi adlandırmaq olar”.

KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev qeyd edib ki, Fransa senatında təmsil olunanların ən azı 60 faizi Makronun partiyasındandır: “Onlar əgər bir nəfər kimi hamısı beynəlxalq normaların əleyhinə səs verirsə, deməli, bunu təşkil edən Makronun özüdür. Makron Türkiyə və onun Prezidenti Ərdoğana nifrət edir. Çünki Ərdoğan qat-qat ağıllıdır, Liviya, Livan, NATO ilə əlaqədar Makronun sayaqlamalarını ələ salır. Makron Fransanın əhalisinin 10 milyonunun müsəlman olduğunu unudub. O başa düşmür ki, onsuz da onu artıq 2 ildir, istəməyən Fransız xalqı bir kibrit alovundan alışıb onu yandıra bilər. Və bu kibrit Fransa müsəlmanlarının əlindədir. O qədər ağıldan kəmdir ki, bir ay bundan öncə müsəlmanların əleyhinə söylədiyi mülayim fikirlərin dünyada verdiyi reaksiya yadından çıxıb. Bu özündən müştəbehi yerinə oturtmaq lazımdır”.pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*