Makron Putinlə DANIŞACAQbackend

Makron Putinlə DANIŞACAQ

Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.

Bu barədə KONKRET.az “TASS”a istinadən xəbər verir.

“Yaxın günlərdə cənab Putinlə, xüsusən də nüvə məsələsi ilə bağlı danışıqlar aparmağımız nəzərdə tutulur”, – Makron bildirib.

Fransa Prezidenti xatırladıb ki, o, artıq Putinlə nüvə təhlükəsizliyi məsələsini müzakirə edib və bu mövzu hər iki ölkənin xarici işlər nazirləri arasında keçirilən danışıqlarda da qaldırılıb.

Onun sözlərinə görə, sentyabrın 21-i səhər o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi ilə görüşəcək, ondan sonra Rusiya Prezidenti ilə əlaqə saxlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*