Makronla Putin arasında telefon danışığı oldu – YENİLƏNİBbackend

Makronla Putin arasında telefon danışığı oldu - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, liderlərin telefon danışığı 2 saatdan çox çəkib.

Qeyd edək ki, bu, Buça şəhərində törədilən faciədən sonra dövlət başçılarının ilk telefon danışığıdır.

***

14:53

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinə zəng vuracaq.

KONKRET.az xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib

Xəbərə görə, telefon danışığı Moskva vaxtı ilə 13:00-da planlaşdırılır.

Qeyd edək ki, Rusiya və Fransa liderlərinin bundan qabaq telefon danışığı 29 martda baş tutub.

Xatırladaq ki, ötən şənbə Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*