Maksim Şevçenko: “İlham Əliyev Qərb “neo-müstəmləkəçiliyi”nin konkret ideoloji rəqibi rolunda çıxış edir” – ŞOK DETALLARbackend

Maksim Şevçenko: "İlham Əliyev Qərb “neo-müstəmləkəçiliyi”nin konkret ideoloji rəqibi rolunda çıxış edir" - ŞOK DETALLAR

Təkəbbürlü BBC jurnalisti ilə sərt keçən müsahibədə İlham Əliyev onu təkəbbürlü tonundan vaz keçməyə məcbur etdi. Bu, əslində Qərb quruluşuna və davranışına bir mesaj idi. Əliyev bu mövqeyi əslində Qarabağ müharibəsindən sonra “neo-müstəmləkəçi müqavimət hərəkatı”nın qeyri-rəsmi liderinə çevrilən Azərbaycanın hazırkı mövqeyini ifadə edirdi.

Baxmayaraq ki, Qərb transmilli “ermənilərin” hərbi məğlubiyyətinə görə Azərbaycanı bağışlamaq fikrində deyil. Çox təəssüf ki, “ermənilər”in maraqları ilə yer üzündə yeganə erməni dövlətinin maraqları ilə çox vaxt qarışdırılır. Ermənistan dövlətinin maraqları sülh, mehriban qonşuluq, əməkdaşlıq və qonşuları ilə sərbəst mal və dəyər mübadiləsidir.

Soçi, Adler, Krasnodar, Moskva, Paris, San-Fransisko, Beyrut, Marsel, Monako və sair şəhərlərin  sakinlərinin (Ermənistan vətəndaşları deyil)  maraqları isə Ermənistanıın dövlət maraqları ilə tərs mütənasibdir. Xaricdə yaşayan ermənilər hazırda Ermənistan dövlətinin maraqlarından yox, daha çox “ağ” qərblilərin ( daha sonra bütün dünyanın) aparıcı qüvvəsi  rolunda oynamaq istəyi ilə çıxış edirlər. “Ermənilər”in  belə bir  eşqə düşməsi təsadüfi bir şey deyil.Onlar da baxır ki, bu sivilizasiyanın da Janus kimi iki üzü var – liberal və mühafizəkar. Hər iki üz, neo-imperializm və neo-müstəmləkəçiliyin gizli maskasıdır. Qərb sosial ədalətdən, milli ayrı-seçkilikdən danışır. Amma əsl həqiqətdə dünyada bu çağırışlara qarşı mübarizə aparır. Avropada nə yoxdu ki…

İnkişaf var, texnologiya var, təşkilatlarlar var, pul var. Hətta Van Qoq və Endü Uorxolla birlikdə Mona Liza var. Bəşəriyyətin yeganə mənalı tarixi Qərbdədir. Qalan hər şey yerli və barbar ixtiradır.

Qərbin suverenliyi tanımaq, sərhədlər çəkmək, münaqişələrə başlamaq və son vermək hüququ var. Qalan dövlətlər isə ancaq Qərbin icazə verdiyi kimi yaşamaq məcburiyyətindədir. 20-ci əsrdə avropalılar və amerikalılar on milyonlarla insanı ən vəhşicəsinə və dəhşətli şəkildə öldürmələrinə baxmayaraq, yenə də qanunların, əxlaqın mənbəyi və daşıyıcısıdırlar.

Bu gün İlham Əliyev BBC jurnalisti ilə çox arxayın və sərbəst danışır. Çünki özünü tamamlanmamış bir avropalı deyil, özünəməxsus bir Türk-Qafqaz nümayəndəsi olan vətənpərvər azərbaycanlı kimi hiss edir. Türk-Rus, İslam-Xristian dəyərlərini ən yaxşı formada özündə cəmləşdirən İlham Əliyev qalib Azərbaycanın yeni reallıqlarını dünyaya diqtə edir. Qoy, Qərb də, ABŞ da, lap elə xaricdəki ermənilər görsün və şahid olsun: Dünya daha əvvəlki dünya deyil.

Tarixin dialektikası Türkiyə ilə Azərbaycanı Qərblə əsas qarşıdurmaya gətirdi.

21-ci əsrə qədər öz strategiyalarına (neo-Osmanlıçılıq, azərbaycançılıq, ərazi bütövlüyünün bərpası) sahib olan Qərb “dəyərləri” və “təsisatlarını” köləliklə kopyalamağa çalışmayan və vaxt itirmədən böyük ideyalar həyata keçirməyə cəsarət edən dövlətlər meydana çıxdı. Bu Azərbaycan –Türkiyə birliyidir

Maksim Şevçenko, “Exo Moskva” radiosu,23 noyabr, 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*