Malaziya BRİCS-ə üzv olmaq istəyir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Malaziyanın baş naziri Ənvər İbrahim Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı BRİCS-ə qoşulmaqda maraqlı olduğunu vurğulayacaq.
Qeyd edək ki, sentyabrın 3-dən başlayan Şərq İqtisadi Forumu sentyabrın 6-na qədər davam edəcək.
Xatırladaq ki, ötən gün “Bloomberg” Türkiyənin BRİCS-ə üzv olmaq üçün müraciət etdiyini açıqlayıb. Azərbaycan isə avqustun 20-də təşkilata üzv olmaq üçün rəsmi müraciət ünvanlayıb.
BRİCS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Aygün Mirakif,
KONKRET.az