Manukyan: “Vəziyyət partlayıcıdır və gözlənilməz nəticələrlə doludur”backend

Manukyan: "Vəziyyət partlayıcıdır və gözlənilməz nəticələrlə doludur"

Müxalifətin Baş nazir postuna vahid namizədi Vazgen Manukyan Xarici İşlər Nazirliyini, Milli Təhlükəsizlik Xidmətini və Silahlı Qüvvələrin Baş Qərargahını dövlət əleyhinə qərarların qəbul edilməsinin qarşısını almağa çağırıb.

KONKRET.az xəbər verir ki, 8 yanvarda Ermənistan xarici işlər naziri Ara Ayvazyana, DTX direktoru Armen Abazyana və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyana müraciət edib.

Manukyan müraciətində deyir: “Ölkəmiz son dərəcə çətin vəziyyətdədir, insan və ərazi itkilərinə məruz qaldıq. Ermənistanın təhlükəsizlik sistemi məhv edildi. Baş nazirin şübhəli və dövlət əleyhinə qərarları səbəbilə güzəştlər və itkilər davam edir. Ölkə əhalisinə Paşinyanın kiminlə və nə barədə razılığa gəldiyi məsələlər qaranlıq qalır. 11 yanvar tarixində keçirilməsi planlaşdırılan Paşinyan-Əliyev görüşü ictimai və siyasi dairələrdə narahatlıq və həyəcan yaradıb. Vəziyyət partlayıcıdır və gözlənilməz nəticələrlə doludur”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*