Mariupol yaxınlığında döyüş davam edir. Vəziyyət çox çətindir.
KONKRET.az xəbər verir ki, bu sözləri Donetsk separatçılarının rəhbəri Denis Puşilin deyib.
“Bugünkü tapşırıq Mariupolu mühasirəyə almaqdır. Sizə deyirəm ki, Mariupol kənarında döyüş gedir, vəziyyət çətindir. Millətçi alay maksimum müqavimət göstərir, ərazi mülki əhalinin əhatəsindədir”, – o bildirib.
Puşilin iddia edib ki, Ukrayna qüvvələri əhalinin təxliyəsi üçün humanitar dəhlizin yaradılmasına imkan vermir.
Onun sözlərinə görə, çoxsaylı müraciətlər, hətta beynəlxalq təşkilatlar tərəfindən təxliyə çağırışları olsa da, təəssüf ki, heç nə edə bilmirlər.
