Mariya Zaxarova: “Qarabağla bağlı konstruktiv dialoq üçün əlimizdən gələni edəcəyik”backend

Mariya Zaxarova: "Qarabağla bağlı konstruktiv dialoq üçün əlimizdən gələni edəcəyik"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinq zamanı Bratislavada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin son görüşünü şərh edərkən bildirib ki, “deməzdim ki, biz tərəflərin dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almışıq. Məncə, tərəflər də bu barədə danışmayıblar. Mövqelərin fərqli olması isə göz qabağındadır. Əks təqdirdə danışıqlar prosesi də olmazdı”.

KONKRET.az-ın məlumatına görə, Zaxarova vurğulayıb ki, Rusiya vasitəçi xarakterli müvafiq beynəlxalq funksiyaları yerinə yetirən bir ölkə kimi bu dialoqun davam etməsi üçün, uzun müddətdir davam edən və artıq köhnəlmiş münaqişəni həll etmək üçün əlindən gələni edəcək: “Dialoqun konstruktiv şəkildə davam etdirilməsi və tərəflərin qarşılıqlı məqbul qərarlar əldə etmələri üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Onun sözlərinə görə, mövqelərin fərqliliyinə və qeyd olunan qırmızı xətlərə baxmayaraq, artıq bəzi sahələrdə dialoq nümunələri mövcuddur. Misal üçün, o, jurnalist qruplarının son mübadiləsini xatırladıb: “Burada vasitəçilərin rolu konstruktiv idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*