Rusiya Dağlıq Qarabağ ermənilərini məyus etdibackend

Rusiya Dağlıq Qarabağ ermənilərini məyus etdi

“Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Bununla da ATƏT-in Minsk Qrupu məşğul olur”.

KONKRET.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova təşkil etdiyi brifinqdə seperatçı rejimin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirdiyi “seçkilərə” münasibət bildirərkən deyib.

Rusiya XİN sözçüsü bununla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatının olduğunu xatırladıb: “Hesab edirik ki, seçkilər əhalinin normal həyat fəaliyyəti üçün vacibdir. Bununla yanaşı, Rusiya Federasiyası, bildiyiniz kimi, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Hesab etmirik ki, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra sülh yolu ilə nizamlanması prosesi hansısa mənada adıçəkilən tədbirdən asılıdır”.

M.Zaxarova məlum məsələyə münasibət bildirməsinin Rusiya XİN-in öz təşəbbüsü olmadığını, onlara ünvanlanan suala cavab olaraq bildirildiyini söyləyib.

  • Ilqar
    Aprel 16, 2020 - 13:54

    Əla oldu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*