Mariya Zaxarovadan xarici diplomatların Kiyevdən təxliyəsi ilə bağlı SƏRSƏM AÇIQLAMAbackend

Mariya Zaxarovadan xarici diplomatların Kiyevdən təxliyəsi ilə bağlı SƏRSƏM AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin xarici diplomatların və vətəndaşların Kiyevdən təxliyə edilməsi ilə bağlı tövsiyəsi hələ də aktualdır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

Diplomat xatırladıb ki, Moskva müvafiq xəbərdarlığı hələ 2026-cı ilin may ayında etmişdi. Onun sözlərinə görə, həmin tövsiyə Rusiya qoşunlarının Ukraynanın hərbi infrastruktur obyektlərinə sistemli zərbələr endirməyə başlaması ilə əlaqədar verilib:

“Nəinki itmir, əksinə, aktuallığını qoruyub saxlayır — Rusiya Xarici İşlər Nazirliyinin hələ cari ilin may ayında bütün diplomatik korpusa və Kiyevdəki xarici vətəndaşlara təxliyə olunmaqla bağlı tövsiyəsi qüvvədədir”.

Məlumat üçün bildirək ki, Şərq İqtisadi Forumu sentyabrın 1-dən 4-dək Uzaq Şərq Federal Universitetinin kampusunda (Vladivostok) keçirilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfinin xəbərdarlığından sonra Avropa İttifaqı diplomatlarını Kiyevdən təxliyə etməkdən imtina etmişdi. Avropa Komissiyasının nümayəndəsi Aİ-nin

Ukrayna paytaxtındakı nümayəndəliyinin fəaliyyət formatını dəyişmək niyyətində olmadığını bildirmişdi. Moskva isə öz növbəsində bu tövsiyənin məhz xarici diplomatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə verildiyini vurğulamışdı.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*